Bakı-Ağstafa qatarına əlavə reyslər təyin edilib 

16:56 12.12.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Azərbaycan Dəmir Yollar" QSC (ADY) qarşıdan gələn bayram günlərində sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib.

ADY-dən hafta.az-a verilən məlumata görə, sözügedən reyslər qeyri-iş günü elan edilmiş 30 dekabr-5 yanvar tarixlərində hər gün olmaqla Bakıdan saat 09:15-də, Ağstafadan isə saat 17:00-da təşkil ediləcək.

Bundan əlavə, sərnişinlər bu marşrut üzrə ənənəvi reyslərlə hər gün hər iki istiqamətdə səfər edə bilər.